AFFA prezidenti: "Millinin oyunundan və nəticələrdən razı deyilik"

10:15 - 11 Aprel 2025

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.

Sportal.az xəbər verir ki, tədbirdə çıxış edən AFFA prezidenti Rövşən Nəcəf milli komanda haqda danışıb. O, yığmanın nəticələrindən razı qalmadıqlarını bildirib:

"2025/2026 mövsümündən Premyer Liqada legioner limiti ləğv olunacaq. Bir çox ölkələrdə müxtəlif illərdə fərqli qərarlar görmüşük. İnanırıq ki, limitin ləğvi Premyer Liqanı və I Liqanı gücləndirəcək. Təəssüf ki, A milli son nəticələrlə bizi sevindirmədi. Millinin oyunundan və nəticələrdən razı deyilik. Santuşla görüşmüşük və narazılıqlarımızı ona çatdırmışıq. Millinin qarşıdakı matçlarda yaxşı nəticə qazanacağına inanırıq. Amma AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişməz olaraq qalır. 

Azərbaycan futbolu məsuliyyəti və çətin dönəmə qədəm qoyur. Strategiyanın  futbolumuzun inkişafına kömək olacağına inanırıq. AFFA və futbol ailəsinin üzvləri ilə birlikdə böyük uğurlar əldə edə bilərik".

Mirbağırağa

Xəbər xətti