"Superliqanın mövcudluğu ilə bağlı son söz çoxdan deyilib"

00:01 - 11 Aprel 2025

UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Superliqası barədə mövqeyini bir daha ifadə edib.

Sportal.az xəbər verir ki, Çeferin "Sky Sport"a açıqlamasında başqa məqamlara da toxunub:

"Yeni formatla biz avrokubokları daha maraqlı etdik – hər qol hər şeyi dəyişir. Yeni sistem kiçik klublara da kömək edir və Sloveniya təmsilçisi 'Cele' bunu sübut edir – Konfrans Liqasında 1/4 finala yüksəlib.

Superliqa? O mövcud deyil. Bu məsələ ilə bağlı son söz çoxdan deyilmişdi."

Xəbər xətti