Qvardiola: "Dünya dəli olub, elə deyilmi?”

22:31 - 11 Aprel 2025

Pep Qvardiola Mançester derbisində baş verən insidentlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 31-ci turunda baş tutan və 0:0 hesabı ilə bitən “Mançester Yunayted” – “Mançester Siti” matçında yaşanan hadisələrə münasibət bildirib.

Oyun zamanı “"qırmızı şeytanlar"ın azarkeşləri Filip Fodenin anasına qarşı təhqiramiz şüarlar səsləndiriblər. Matçdan sonra isə azarkeşlərdən biri Cek Qrilişi tunel yaxınlığında mübahisə zamanı çağıraraq ona sillə vurub.

Qvardiola bu haqda belə deyib:

“Belə şeylər hər yerdə baş verir. Dünya dəli olub, elə deyilmi? Dünyada baş verənlər yalnız idmanda yox, ümumilikdə problemlərdir. Heç kim bu problemlərdən kənarda deyil. Bu, yalnız 'MYU'-ya aid məsələ deyil, çünki 'Yunayted' tək bir insan deyil, klubun dəyərlərini qoruyan bir qurumdur.

Bu nə konkret bir klubun, nə də dünya futbolunun problemi deyil, belə hallar hər yerdə yaşanır. Sadəcə ətrafınıza baxın və anlayacaqsınız. Mən düşünmürəm ki, biz düzgün yoldayıq.”

Xəbər xətti