Di Maria, Florenzi, Paredes və bir neçə futbolçu istintaqa cəlb olunub - qanunsuz mərc oyunlarına görə

22:52 - 11 Aprel 2025

İtaliyada qanunsuz mərc fəaliyyətləri ilə bağlı aparılan istintaq çərçivəsində bir neçə tanınmış futbolçu araşdırma altına düşüb.

Sportal.az xəbər verir ki, "Corriere della Sera" nəşrinin məlumatına görə, Nikolo Fadjoli və Sandro Tonalinin futbol oyunlarına etdiyi mərclərlə bağlı istintaq zamanı “Fiorentina” və “Nyukasl” oyunçularının messencer yazışmaları yoxlanılıb. Yoxlama nəticəsində məlum olub ki, ən azı daha 11 A Seriyası oyunçusu da qeyri-qanuni mərc platformalarında oyunlarda iştirak edib.

İstintaqın gəldiyi qənaətə görə, 2021-ci ilin dekabrından 2023-cü ilin oktyabrına qədər bu qeyri-qanuni platformalarda aşağıdakı futbolçular oynayıb:

Alessandro Florenzi

Nikolo Dzanolo

Mattia Perin

Ueston Makkkenni

Leandro Paredes

Anxel Di Mariya

Raul Bellanova

Samuele Ricci

Kristian Buonayuto

Matteo Cancellieri

Xunior Firpo

Bu oyunçular futbol matçlarına deyil, əsasən poker və onlayn slot oyunlarına mərc ediblər. Əgər onların günahı sübuta yetirilərsə, oyunçular həm idman, həm də hüquqi baxımdan ciddi sanksiyalarla üzləşə bilərlər.

Xatırladaq ki, Nikolo Fadjoli 2023-cü ilin oktyabrında futbol oyunlarına etdiyi mərclərə görə 7 ay müddətinə diskvalifikasiya olunmuşdu. Əlavə 5 aylıq cəza isə yarımillik məcburi terapiya ilə əvəz olunmuşdu.

Sandro Tonali isə 2024-cü ildə “Milan” matçlarına etdiyi mərclərə görə 10 aylıq cəza almışdı. O, 2023-cü ilin yayında “Nyukasl”a keçmişdi.

Xəbər xətti