Xeyli vaxtdan sonra ölkə futbolunda fəaliyyətini bərpa edən "Dinamo" klubu ilə bağlı qeyri-müəyyənlik davam edir. Məsələ burasındadır ki, bu klubun mövcudluğunun qayəsi gənc futbolçuların burada həqiqi hərbi xidmət keçməsinə şərait yaradılmasıdır. Lakin yarım ildən çox vaxt keçsə də, hələ də məsələ həllini tapmayıb.
Sportal.az saytının əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl "Dinamo" klubunun prezidenti Yaşar Seyidovla Peşəkar Futbol Liqasının rəhbəri Elxan Səmədov arasında görüş olub. Rəhbər şəxslər "Dinamo" ilə bağlı müzakirə aparıblar. PFL prezidenti futbolçuların "Dinamo"da həqiqi hərbi xidmət keçməsi üçün labüd məsələləri AFFA rəhbərliyinə çatdıracağını deyib. Hətta bununla bağlı PFL "Dinamo" klubuna rəsmi məktub da göndərib.
Bu məlumatı "Dinamo" klubunun prezidenti Yaşar Seyidov da təsdiqləyib. Yaşar bəy görüşün məhz onun təşəbbüsü ilə baş tutduğunu deyib.
saytlarin hazirlanmasi