Müllerə İtaliya və MLS-dən təkliflər var

00:53 - 12 Aprel 2025

"Bavariya"nın təcrübəli futbolçusu Tomas Müllerin gələcəyi hələ də qeyri-müəyyəndir

Sportal.az xəbər verir ki, 35 yaşlı alman futbolçunun “Bavariya”dan ayrıldıqdan sonra İtaliyadan təklifi olsa da, hazırda ən real variantlar MLS-ə keçid və ya karyeranı başa vurmaq hesab olunur.

“Bavariya” rəhbərliyi düşünür ki, Müller hələ də yüksək formadadır və buna görə də karyerasını davam etdirəcəyi gözlənilir. O, rəsmi şəkildə futbolu buraxdıqdan sonra “Allianz Arena”da vida oyunu təşkil olunacaq.

Hazırda “Bavariya” Müllerə MLS klubları ilə əlaqə qurmaqda kömək edir.

Xəbər xətti