Avropa çempionu Türkiyə klubu ilə danışıq aparır

10:47 - 2 Dekabr 2025

Türkiyənin “Başakşəhər” komandası qışda heyətini Portuqaliya millisinin sabiq futbolçusu Andre Qomeşlə gücləndirməyi planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi hazırda “Lill”də forma geyinən təcrübəli futbolçu ilə danışıqlara start verib.

2016-cı ildə Portuqaliya millisnin heyətində Avropa çempionu olmuş Qomeş Türkiyədə oynamağa müsbət yanaşır.

Onun “Lill”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Qomeş “Benfika”, “Valensiya”, “Barselona”, “Everton” kimi komandalarda oynayıb.
 

Xəbər xətti