"Ronaldo MLS-ə Messidən daha böyük təsir göstərə bilərdi"

22:14 - 23 Dekabr 2025

“İnter Mayami”nin sabiq yarımmüdafiəçisi Brek Şi hesab edir ki, Kriştiano Ronaldo MLS-in inkişafına Lionel Messidən daha güclü təsir göstərə bilərdi.

Sportal.az xəbər verir ki, amerikalı futbolçu öz açıqlamasında bunları qeyd edib:

“Məncə, Kriştiano Ronaldo MLS-ə Lionel Messidən daha böyük təsir edərdi. Messiyə qarşı heç bir hörmətsizlik yoxdur, amma o, daha çox evdə olmağı sevən biri kimi görünür. O, çox sakitdir. Hələ bu dildə də çox yaxşı danışmır. Buna görə düşünürəm ki, Ronaldo daha açıq biridir, ictimaiyyət qarşısında daha fəaldır.

Ona görə də hesab edirəm ki, sadəcə bu dildə danışması, müsahibələr verməsi ilə belə avtomatik olaraq daha böyük təsir göstərərdi. Mən, açığı, meydandan kənarda baş verənlərdən danışıram. Onun eyni statistik göstəricilərə sahib olub-olmayacağını bilmirəm, amma təsiri daha böyük olardı."

Xəbər xətti