"Qarabağ" bəlkə də heç vaxt yaşamadığı çətinliklərlə üzləşib. Ağır təqvimlər əvvəlki illərdə də olub, amma bu dəfə situasiya fərqlidir.
Çempionlar Liqasında "Nyukasl"la oyunlar var. Premyer Liqada çempionluq mübarizəsində "Sabah"ın gerisinə düşüb. Əksər futbolçuların xarici klublardan təklifləri olduğu üçün oyunlarında geriləmə müşahidə olunur. Şərti olaraq, ikinci heyət adlandırdığımız futbolçular da eniş yaşayırlar.
Bütün bunların üstünə, "Qarabağ"ın 19 gündə keçirəcəyi oyunlardan 5-i səfərə düşür - Şamaxının süni meydançasından tutmuş, Qubanın palçıqlı otuna qədər...
"Şamaxı" - "Qarabağ" 05.02.2026
"Şamaxı" - "Qarabağ" 10.02.2026
"İmişli" - "Qarabağ" 14.02.2026
"Qarabağ" - "Nyukasl" 18.02.2026
"Neftçi" - "Qarabağ" 21.02.2026
"Nyukasl" - "Qarabağ 24.02.2026
Göründüyü kimi, "Qarabağ" sabah Şamaxıda oyuna çıxacaq. Bu, kubok matçıdır. Fevralın 10-da həmin stadionda artıq Misli Premyer Liqası çərçivəsində "Şamaxı" ilə oyun keçiriləcək. Süni meydançada iki oyundan sonra isə "Qarabağ" Qubada, "İmişli" ilə oynamalı olacaq. Qubanın otu Şamaxının sünisindən betər...
"Nyukasl"la ağır ev oyunundan 3 gün sonra "Neftçi" səfərinə yollanmalıdılar. Ümid ona idi ki, "Neftçi" güzəşt eləyib təxirə salarlar matçı. Amma rədd cavabı alınca, "Neftçi"dən 3 gün sonra, səfərdə "Nyukasl"ın qabağına çıxmaq qaçılmaz olacaq "Qarabağ" üçün. 6 saatlıq uçuşu nəzərə alsaq, oyunçuların heç istirahətə də vaxtı qalmayacaq.
Sporal.az
saytlarin hazirlanmasi
