Kriştiano Ronaldo “Əl-Nəsr”in ardıcıl ikinci matçını da buraxır.
Sportal.az xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda “Əl-İttihad"la matçda (0:0,ikinci hissə) qarşı ev oyununa sifariş ərizəsinə daxil edilməyib.
Bundan əvvəl Portuqaliya millisinin hücumçusu çempionatın “Əl-Riyad”a qarşı oyununu da (1:0) buraxmışdı. Bildirilirdi ki, o, həmin matçdan sonra keçirilən məşqdə də iştirak etməyib.
Daha əvvəl Ronaldo Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondunun (PIF) klubu rəqiblərlə, xüsusilə də “Əl-Hilal”la müqayisədə necə idarə etməsindən narazı olduğu barədə xəbərlər yayılmışdı. Həmçinin Kriştianunun PIF-in klubunun çempionluq uğrunda mübarizəsinə mane olduğunu düşündüyü və yayda MLS-ə və ya Avropaya keçmək üçün “Əl-Nəsr”i tərk edə biləcəyi bildirilirdi.
Bu gün Ronalduyun “Əl-İttihad”la oyunda çıxış etməyə razı salına bilmədiyi də xəbər verilib. “Əl-Nəsr”in baş məşqçisi Jorje Jesus həmyerlisinin etirazını dəstəkləyir və mətbuat konfranslarında iştirak etmir.
saytlarin hazirlanmasi
