Baş məşqçi Ronaldo məsələsi həll edilməsə, komandadan ayrıla bilər

23:15 - 10 Fevral 2026

Jorje Jesus komanda Kriştiano Ronaldo ilə yollarını ayırarsa, “Əl-Nəsr”dən getməyə hazırdır.

Sportal.az xəbər verir ki, baş məşqçi rəhbərliyə bildirib ki, 41 yaşlı hücumçunun gələcəyi ilə bağlı vəziyyət tam aydınlaşmayana qədər yayda başa çatan müqaviləsinin uzadılmasını müzakirə etməyəcək.

Eyni zamanda, vəziyyətlə tanış olan mənbə qeyd edib ki, Jesusla müqavilənin uzadılması ümumiyyətlə gözlənilmir, çünki onun tələblərini qarşılamaq çətindir.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2025-ci ildən “Əl-Nəsr”ə rəhbərlik edir.

Xəbər xətti