“Inter Mayami” ilk dəfə MLS-in ən bahalı klubu olub.
Sportal.az "Sportico" nəşrinə istinadən xəbər verir ki, Lionel Messi’nin çıxış etdiyi klub 1,45 milyard dollar qiymətləndirilir. "İnter Mayami"dəyərini 22% artıraraq əvvəlki dörd ili birinci yerdə olan "Los Angeles Qalaksi" (1,4 milyard dollar) klubunu keçib.
Qeyd olunur ki, artıq beş MLS klubu 1 milyard dollarlıq həddi keçib. İlk beşlikdə həmçinin "Los Angeles Qalaksi" (1,17 milyard), "Atlanta" (Alexey Miranchuk-un klub) (1,14 milyard) və Nyu York Siti" (1,12 milyard) klubları var.
MLS-in bütün 30 klubunun orta qiyməti 767 milyon dollar təşkil edir, bu göstərici keçən ilin göstəricisindən 6% çoxdur və 2021-ci ildə "Sportico"nun ilk qiymətləndirməsindən 39% yüksəkdir. Hesabata görə, MLS klublarının ümumi dəyəri 23 milyard dollar təşkil edir.
Buna baxmayaraq, MLS klubları hələ də NFL, NBA, MLB və NHL komandalarından dəyər baxımından geridə qalır.
Beş liqa arasında “Inter Miami” 154 komandadan 116-cı yerdədir. MLS-in 2026-ci il müntəzəm mövsümü 21 fevralda Los Angeles – Inter Miami matçı ilə başlayacaq.
saytlarin hazirlanmasi
