“Real”, “Valensiya” və İspaniya millisinin sabiq qapıçısı Santyaqo Kanizares Madrid klubunun UEFA ilə barışmasını şərh edib.
Sportal.az xəbər verir ki, “Real” Avropa futbolunun xeyrinə UEFA və Avropa Klublar Assosiasiyası ilə razılaşma əldə etdiyini açıqladı və faktiki olaraq Superliqa layihəsindən çıxdı. Daha əvvəl layihəni “Barselona” da tərk etmişdi.
“UEFA elə bir qurumdur ki, onunla yaşamalıyıq, çünki düşünürəm ki, böyük nüfuza və müəyyən qədər də təkəbbürə malikdir, reallıq budur.
Amma onlarla təkbaşına mübarizə aparmaq olmaz, hətta dünyanın ən titullu klubu olsanız belə. UEFA-ya qarşı çıxmaq mümkündürmü? Bəli, amma ov tüfəngi ilə yox, tanklarla getmək lazımdır, çünki onların raketləri var”, – deyə Kanizares bildirib.
saytlarin hazirlanmasi
