"Qarabağ" Respublika Stadionunda məşqə çıxdı - FOTOLAR

19:15 - 17 Fevral 2026

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Nyukasl"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxıb.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" qarşılaşması sabah saat 21:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.


Xəbər xətti