"Messi və Ronaldo fenomenaldır, amma mənə ən böyük təəssüratı Ronaldinyo bağışlayıb"

22:53 - 19 Fevral 2026

“Bavariya”nın baş məşqçisi Vensan Kompani karyerasında ən çətin rəqibin Lionel Messi və ya Kriştiano Ronaldo olmadığını bildirib.

Sportal.az xəbər verir ki, sabiq “Mançester Siti” və Belçika yığmasının müdafiəçisi “Bavariya”nın gənc azarkeşləri ilə söhbətində bunları qeyd edib:

“Messi və Ronaldo fenomenaldır, amma mənə oyunda ən böyük təəssüratı Ronaldinyo bağışladı. Siz onu tanıyırsınız, düzdür?"

Kompani həmçinin idolunu da açıqlayıb:

“Marsel Desaiyi tanıyırsınız? Yəqin ki, onun FIFA oyununda əfsanə kartı var. O, mənim idolum idi. Güclü müdafiəçi idi, Fransa ilə Dünya Çempionu olub və məni çox ilhamlandırırdı."

Xəbər xətti