Alvaro Arbeloa Vinisius ətrafında yaranmış vəziyyət və Joze Mourinyonun sözləri barədə danışıb. Daha öncə qeyd etdiyimiz kimi, “Real”ın vingeri Çempionlar Liqasında “Benfika” ilə oyunda (1:0) rəqib hücumçunun onu “meymun” adlandırdığını bildirib.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu dodaq oxunmasının qarşısını almaq üçün formasını ağzına tutmuşdu. “Qartallar”ın baş məşqçisi Mourinyo isə demişdi: “Nəsə qaydasında deyil. O, hansı stadionda oynayırsa, həmişə nəsə baş verir”.
Arbeloa isə belə deyib:
“Düşünürəm ki, hamı nə baş verdiyini gördü. Hamımız oyuna baxırdıq və ikinci hissədəki hadisələri izlədik. indi ən vacib olan məhz budur.
Mövzunu başqa istiqamətə yönəldə bilmərik. Qarşımızda böyük bir imkan var ki, tədbir görək və belə halların bir daha futbol meydanında baş verməməsini təmin edək.
İndi hər şey UEFA-nın əlindədir. Bu qurum son illərdə bu kimi hallara qarşı ciddi mübarizə apardığını deyir və indi ideal fürsətdir ki, bunun sadəcə söz olmadığını sübut etsin: bir neçə gün əvvəl şahidi olduğumuz hadisəyə görə cəza versin və oxşar halların təkrarlanmasına yol verməsin.”
saytlarin hazirlanmasi
