"Bir çox gənc məşqçilər heyətdən maksimumu çıxara bilmirlər" - Kapello

00:34 - 8 Mart 2026

Sabiq "Yuventus" və "Real"ın baş məşqçisi Fabio Kapello Massimiliano Alleqrinin "Milan"dakı fəaliyyətini qiymətləndirib.

Sportal.az xəbər verir ki, Kapello "MilanNews24" kanalının "Milan Vibes" proqramında bunları qeyd edib:

“Alleqrinin gördüyü iş göstərir ki, o hələ də ən yaxşı məşqçilərdən biridir, mükəmməl bir məşqçidir və ‘işdən düşmüş pilot’ deyil.

O, hansı materialla işlədiyini yaxşı anlayır, oyunçularının dəyərini bilir. Bir çox gənc məşqçilər bunu bacarmırlar: heyətdən maksimumu çıxara bilmirlər və sadəcə başqalarını kopyalayırlar."

Hazırda "Milan" Seriya A-da 27 oyundan sonra 10 xalla "Inter"dən geri qalaraq ikinci yerdə qərarlaşıb.

Xəbər xətti