UEFA "Bavariya"nın 2 futbolçusunu əlavə cəzalandırmayacaq

22:10 - 12 Mart 2026

Coşua Kimmix və Maykl Olise sarı vərəqələrin sayının çox olmasına görə əlavə cəzadan yayınıblar.

Sportal.az xəbər verir ki, "Bavariya" futbolçuları "Atalanta" ilə UEFA Çempionlar Lİqasının 1/8 final mərhələsinin ilk oyununda (6:1) vaxt uzatdıqlarına görə sarı vərəqə alıblar. Onlar cavab oyununu buraxacaqlar.

Sky Sport jurnalistinin məlumatına görə, UEFAnın intizam komitəsi cümə axşamı bu xəbərdarlıqların qəsdən alınıb-alınmadığını araşdırmaq üçün istintaqa başlamaq qərarına gəlməyib.

Beləliklə, Kimmix və Olise yalnız bir oyunluq diskvalifikasiya ilə cəzalandırılacaqlar.

Xəbər xətti