Bu gün Azərbaycan milli komandası yoldaşlıq matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta ilə üz-üzə gələcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutacaq matça Bakı vaxtı ilə 22:00-da start veriləcək.
Yığma komandamız Avstriya toplanışında növbəti görüşünü iyunun 9-da San Marinoya qarşı keçirəcək.
Yoldaşlıq oyunu
5 iyun
22:00 Azərbaycan – Malta
Macarıstan, “Haladaş” stadionu
