"İnsanlar sənin böyüklüyünü hər zaman layiqincə qiymətləndirə bilmədilər, amma..." - Mbappe

23:31 - 18 İyul 2026

Kilian Mbappe DÇ-2026-da İngiltərə ilə oyundan sonra Fransa millisinin baş məşqçisi postunu tərk edən Didye Deşam ilə bağlı duyğusal paylaşım edib.

Sportal.az xəbər verir ki, Mbappe öz paylaşımında bunları qeyd edib:

“Bu gün sənin son rəqsin idi. Sən bizə çox şey bəxş etdin. Sənə daha gözəl vida hədiyyə etməli idik, amma bunu bacarmadıq. Bu 14 il ərzində komandaya qazandırdıqlarını sözlə ifadə etmək çox çətindir. Sən bu yığmanın yenidən yüksəlişində əsas rol oynadın. İnsanlar sənin böyüklüyünü hər zaman layiqincə qiymətləndirə bilmədilər, amma zaman və tarix bunu edəcək...

Mənə şans verdiyin və uzun illər ölkəmi futbolun ən böyük səhnəsində təmsil etməyə imkan yaratdığın üçün təşəkkür edirəm. Ölkəmizin ən böyük əfsanələrindən biri ilə eyni yolu getmək mənim üçün böyük şərəf idi. Birlikdə yaşadığımız və əldə etdiyimiz bütün uğurlarla bağlı yalnız gözəl xatirələrim var.

Yeni macəranda sənə uğurlar arzulayıram. Bizim üçün çox böyük əhəmiyyət daşıyan bu formaya verdiyin hər şeyə görə bir daha təşəkkür edirəm."

Xəbər xətti