"Qəbələ" "İmişli"ni məğlub etdi, "Şamaxı" hesabı açd - YENİLƏNİR

20:24 - 4 Sentyabr 2026

Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək.

Sportal.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında “Qəbələ” azarkeşləri önündə “İmişli”ni qəbul edəcək.

Digər görüşdə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı” ilə üz-üzə gələcək.

Misli Premyer Liqası
IV tur

4 sentyabr

18:00 "Qəbələ" - "İmişli" 2:1
Qollar: 
Kouya Mabea, 15, Kərim Rossi, 66 - Dioqo Almeeyda, 45+2
Qəbələ şəhər stadionu

20:15 "Kəpəz" - "Şamaxı" 0:1 (Birinci hissə)
Gəncə şəhər stadionu

Xəbər xətti