İsgəndər Cavadov və İqor Ponomaryov "Lans"ın oyununda FOTO+VİDEO

11:16 - 18 Avqust 2013

Komandanın möhtəşəm azarkeşləri
 
Fransa ikinci liqasının 3-cü turu çərçivəsində “Bakı” futbol klubunun rəsmi tərəfdaşı olan “Lans” doğma divarlar arasında “Oser”i qonaq edib.
 
Sportal.az xəbər verir ki, bundan öncəki ev matçında olduğu kimi, “Lans”a bu oyunda da möhtəşəm azarkeş dəstəyi olub. Oyunu stadiondan canlı olaraq 35 minə yaxın azarkeş ordusu izləyib. Matçı izləyənlər arasında Azərbaycanın tanınmış futbol veteranları İsgəndər Cavadov və İqor Ponomaryov olub.
 
Qeyd edək ki, “Lans”ın hesabda geri düşməsinə baxmayaraq komanda ruhdan düşməyib və ardıcıl olaraq dörd top vuraraq meydanı qalib tərk edib. Üzərində “Land of Fire Azerbaijan” yazı olan komandanın heyətində Çavarriya dubl edib, Tuzqar və Lyuboya isə hərəyə bir dəfə fərqlənib. Beləliklə “Lans” üç turdan sonra 7 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.
 

Xəbər xətti