"Desəm ki, futbol xəstəsiyəm, inanmarsınız"
Tanınmış müğənnı İlahə İbadovanın Sportal.az-a müsahibəsi
- İlahə xanım, Salam. Bu dəfə fərqli müsahibə verəcəksiz. Şou deyil.. idman kateqoriyasında..
- Salam. Əminəm ki, fərqli olacaq.
- İdmana münasibətiniz?
- Desəm ki, futbol xəstəsiyəm. İnanmarsınız...
- Bəs belə vaxtınızı idmana ayırırsınızmı?
- Boş vaxtım olan kimi ayırıram. İdman olduqca rahatladır məni.
- Futbola marağınızın olduğunu dediniz.. Xarici ölkədəki klublara azarkeşlik edirsiz, yoxsa bizim klublara?
- Futbol olanda loru dildə desəm, televiziyanın monitorunun içərisinə girirəm. O dərəcədə fanatam yəni. Ən çox "Real" (Madrid) və "Barselona" klublarına azarkeşlik edirəm. Türkiyədə isə "Fənərbaxça" klubunun azarkeşiyəm.
- Bizim klublara necə? Ümumiyyətlə, Azərbaycan futbolunun bu günkü halını necə qiymətləndirirsiz?
- Əşşi, bizdə futbol var? Azərbaycan futbolu biabırçı vəziyyətdədir. 3-4 dənə yaxşı futbolçumuz var. Bu da o demək deyil ki, bizdə futbol var.
- Sizcə, niyə inkişaf edə bilmirik?
- Bilirsiniz, mən xarici ölkələrin klubları ilə oynanılan oyunlarda aldığım zövqü bizim klubların arasında oynanılan oyunlarda ala bilmirəm. Sanki yuxu tutur məni. Vallah, biabırçılıq olur. Adam nə qədər uduzar, a kişinin oğlu?
- Dirçələ biləcəyikmi bu futbolda?
- Onu zaman göstərər. Mən falçı deyiləm ki? Mənim işim oxumaqdır. Bu futbolla bağlı suala isə sadəcə bir vətəndaş kimi cavab verdim. Bizim xaricdəki futbolçulardan fərqimiz nədir? Niyə biz də həvəslə baxa bilmirik stadionlarımızda olan oyunlara?
- Müğənni olmasayadınız idmanın hansı sahəsində özünüzü görərdiz?
- Ancaq və ancaq futbolda. (Gülür)
- Çox sagolun ki, suallarımızı cavablandırdız..
- Ürəyim dolu idi bu Azərbaycan futbolu haqqında. İnşallah düzələr. Çox sagolun.
Həmzə MƏMMƏDLİ
saytlarin hazirlanmasi