"Aö-qaralar" "Qarabağ"dan ehtiyatlanır
Premyer liqanın 23-cü turunda "Neftçi" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" bu oyunda əsasən cavan futbolçulara əsas heyətdə yer verəcək. Buna səbəb isə komandanın 5 təcrübəli futbolçusunun 3 sarı vərəqəsi, əgər onlar bu oyunda vərəqə ilə cəzalandırılarsa, növbəti turda lider "Qarabağ"la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, bu oyunda Mahir Şükürov, Karlos Kardozo və Bruno Bertuççi cəza səbəbindən forma geyinə bilməyəcək.
saytlarin hazirlanmasi