Junior Vilson: "İnter"lə matçda bəxtimiz gətirmədi"
"Bakı"nın futbolçusu Junior Vilson Xavyerin Sportal.az-a müsahibəsi:
- “İnter”lə oyunda III dövrədə ilk xal itkisi ilə qarşılaşdınız...
- Çətin matç olacağını əvvəldən bilirdik, oyun boyu üstrün tərəf biz olduq. Rəqibin bir şansı oldu, o da qol, bizim isə bir neçə şansımız oldu, biz də bir qol vurduq.Amma nəticədə hərə bir xal qazandı. Artıq bu oyunu unudub "Sumqayıt"la oyuna köklənməliyik.
- Çoxlu qol epizodlarından istifadə edə bilmədiniz. Deyə bilərik , Rauf Əliyevin meydanda yoxluğu hiss olundu ?
- Rauf Əliyev “Bakı” üçün vacib bir futbolçudur, amma komandada kim oynayırsa,əlindən gələnin ən yaxşısını etməyə çalışır. Sadəcə həmin gün bəxtimiz gətirmədi, qol vura bilmədik.
- Hazırda liderdən sizi 6 xal ayırır. Bu tur isə çempionatın autsayderlərindən sayılan “Sumqayıt”la qarşılaşacaqsınız...
- “Sumqayıt” kənardan asan rəqib görsənə bilər, ancaq elə deyil. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq lazım deyil. Əgər “Sumqayıt” zəif komanda olsaydı. “Neftçi”ni məğlub etməzdi. Hazırda biz yaxşı formadayıq və bu oyuna da 3 xal üçün çıxacağıq.
- III dövrədə məğlub olmayan “Bakı”nın uğurlu seriyasının sirri nədədir ?
- Elə bir sirr yoxdur. Sadəcə biz burada ailə kimiyik, mehriban kollektivimiz var. Meydanda da komanda oyunu göstərib qalib gəlirik. İnanıram ki, bu uğurlu seriya çempionatın sonuna kimi davam edəcək.
- Bu turda sizin ciddi rəqibləriniz sayılan “Neftçi” “Qarabağ”la üz-üzə gələcək. Bu oyunda kimin qalib gəlməsini istəyirsən ?
- Bu oyuna proqnoz vermək istəmirəm. Bütün fikrimi “Sumqayıt”la oyuna yönəltmişəm, o oyunu qalib gəlib öz yolumuzda irəliləməliyik. “Sumqayıt”la oyundan sonra öz proqnozumu verərəm, gec olmasa (gülür)
Yusif HÜSEYN
saytlarin hazirlanmasi