"Neftçi"nin legioneri: "Ədalət öz yerini tapacaq"

21:00 - 26 Fevral 2014

"Xocalıda baş verənləri komanda yoldaşlarımdan öyrəndim"
 
“Neftçi”nin futbolçusu Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib. 
 
Sportal.az xəbər verir ki, paytaxt klubunun braziliyalı legioneri Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirib:
 
“Xocalıda baş verənləri komanda yoldaşlarımdan öyrəndim. Açığı bu vəhşiliklərin insanlar tərəfindən edildiyinə adam şübhə edir. Uşaqları, qocaları, günahsız adamları öldürmək bağışlanmaz bir şeydi. Nəinki Azərbaycanda, bütün dünyada törədilmiş bu kimi cinayətləri biz pisləyirik. İnanıram ki, vaxt gələcək ədalət öz yerini tapacaq. Bu qədər faciələr yaşamasına və müharibə şəraitində olmasına baxmayaraq Azərbaycanda idmana və futbola diqqət ayrılır. Biz legionerlərin də borcudu ki, bu ağrılı-acılı günlərdə Azərbaycan xalqının dərdinə şərik olaq”.

Xəbər xətti