Flavinyo: "4 il ərzində belə vəziyyətlə üzləşməmişəm"

16:48 - 27 Fevral 2014

"Ölü deyilik, diriyik"
 
"Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyo sabah keçiriləcək Azərbaycan derbisi ilə bağlı fikrlərini bölüşüb. T
 
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi  “Baksell Arena”da baş tutan mətbuat konfransında “Neftçi” ilə oyunda ancaq qələbəyə ümid etdiklərini edib:
 
“Qarabağ”la aramızda 7 xallıq fərq var. 4 ildir “Neftçi”dəyəm. İlk dəfə belə çətin vəziyyətlə üzləşmişik.  Biz həm çempionluq, həm də kubok qazanmışıq. “Qarabağ”la görüşdə bizə qələbədən başqa heç nə lazım deyil. Biz sabah sübut edəcəyik ki, ölü deyilik, diriyik”.
 
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 17:00-da başlayacaq.

Xəbər xətti