Zemfira Adıgözəlova: "Bizdə futbola olan sevgi və istək yetərli deyil"
Ölkənin ən seksual aparıcısı Zemfira Adıgözəlovanın Sportal.az-a müsahibəsi
- Zema, idmana münasibətin?
- İdmana münasibətim çox yaxşıdır. Hər bir insan ən azından bədənini formada saxlamaq üçün idmanla məşqul olsa, daha yaxşı olar. İdman sağlamlıqdır axı !
- Belə cazibədar bədənə sahib olmaq üçün idman edirsiniz?
- Mən hal hazırda idmanla məşğul olmuram, əvvəl məşğul idim. Tezliklə yeniden idman edəcəm. Mən "trenajora" getmişəm ki, formada qalım. Buna görə məşğul olmuşam. Sizə bir sir verim, uşaqlıqda mən bədii gimnastika və aerobika ilə məşqul olmuşam, yəni, lentlə, topla, halqa ilə nömrələr göstərirdik. Onu da deyim ki, çoxlu yarışlarda iştirak etmişəm.
- Televiziyanın qarşısında oturub sevə- sevə izlədiyiniz idman növü varmı?
- Daim televiziya qarşısında sevə -sevə izləyərəm bədii gimnastikanı. Bir də yaxşı üzməyi bacardığım üçün sualtı gimnastikanı.
- Sizcə, Azərbaycan futbolu hansı səbəbdən inkişaf edə bilmir?
- Bu mənə də maraqlıdır ki, Azərbaycan futbolu görəsən niyə inkişaf edə bilmir?. Belə baxanda yaxşı məşqçidə dəvət edirlər. Bizdə futbola olan sevgi və istək yetərli deyil. Yəqin ki, azdır.
- Futbolçularımızdan kimisə tanıyırsınızmı?
- Yox. Əfufsuzlar olsun.
- Futbola yetərli maraq olmadığından tanımırsız, yoxsa tanınacaq dərəcədə məşhur olmadıqlarından?
- Həm marağım yoxdur, həmdə yəqin o dərəcədə məşhur olmayıblar.
- Bu aralar efir məkanlarında görünmürsüz. Yeni bir proyektlə səs salacaqsınızmı ətrafa?
- Mən nə edirəmsə edim o səs-küy salır. Yaxın zamanlarda inşallah düşünürük ki, bir əməlli başlı səs-küy yaradaq.
- Reytinqlər alt-üst olacaqmı bu dəfədə?
- Buna əminəm.
Həmzə MƏMMƏDLİ
saytlarin hazirlanmasi