"Malta ilə oyunlarda 6 xal qazanmaq olar"
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin Sportal.az-a müsahibəsi
- Zədənin son vəziyyəti necədir ?
- Bu gündən etibarən fərdi məşqlərə başlamışam. Elə ciddi ağrılar yoxdur.
- “Rəvan”la oyunda meydanda olacaqsan ?
- Hələlik dəqiq bilinmir. Qarşıda 5 gün var, ümid ediərm ki, həmin oyunda meydanda olub komandama kömək edəcəyəm.
- Zədəli olduğun müddətdə komandanın oyununu izlədin. Komandan sənsiz qələbə qazana bilmir ..
- Hər iki oyunda komanda yaxşı oynadı AZAL-la qarşılaşmada iki fərqlə öndəydik, həmin oyunda hakimin də səhvi olduyəni o epizodda penalti verməyə də bilərdi. Həm də hesabda irəli keçəndən sonra komandada arxaynlaşma baş verdi. Bu da hər komanda da baş verir.
- Qarşıdakı turlarda liderlik uğrunda mübarizə aparan komandalara nisbətən ardıcıl asan komandalara qarşı mübarizə aparacaqsınız: “Rəvan”, “Sumqayıt” və “Simurq”
- İndidən sonra çempion olmaq bizim üçün çox çətindir, ancaq hələ də ümid var. Biz əsasən kuboka diqqət yetirəcəyik. Ancaq çempionatı da boş verməyəcəyik. Bu komandalara da zəif deməzdim, ancaq bu komandalarla oyunda qələbə qazanmalıyıq. Bu da bizim üçün fürsətdir, 3 dənə qələbə qazansaq, yuxarı pillələrə irəliləyə bilərik.
- Milli komandamız AÇ-2016 seçmə mərhələsində İtaliya Xorvatiya, Bolqarıstan, Norveç və Malta ilə bir qrupda yer alıb. Yığmamızın qrupdakı şanslarını necə dəyərləndirirsən ?
- Düzdür, çətin komandalar düşüb, qrupdan çıxmaq şansımız az da olsa, amma bu futboldur, hər şey ola bilər. Biz də heç bir komandaya asanlıqla təslim olmayacağıq. Malta ilə oyunlarda 6 xal qazanmaq olar, Bolqarıstan isə başabaş mübarizə apara biləcəyimiz bir komandadır. Digər üç rəqib ilə oyunlarda xal götürmək üçün əlimizdən gələni edəcəyik.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi