Sima Qasımova: "Gözəl bədən quruluşuna sahib olmaq üçün yeməyi güzgünün qabağında yemək lazımdır"
Azərbaycanlı müğənni Sima Qasımovanın Sportal.az-a müsahibəsi
- İdmana münasibətin necədir?
- Münasibətim çox yaxşıdır.
- Hansı idman növü ilə məşqulsan?
- Fitnes və aqua aerobika ilə məşqul olmağı sevirəm.
- Gözəl bədən quruluşuna sahib olmaq üçün idman etmək vacibdir?
- Gözəl bədən quruluşuna sahib olmaq üçün yeməyi güzgünün qabağında yemək lazımdır. Mən belə edirəm.
- Azərbaycan futbolu niyə inkişaf edə bilmir?
- Gözəl sualdır. Bunu mən deyə bilmərəm. Çünki mən bu sahədə çalışan insanları tanımıram. Məncə hər işin peşəkarı o işin bilən adam olmalıdır. İnşallah düzələr.
- Niyə bizdə idman deyəndə tək cüdo və güləş yada düşür?
- Bizdə idmanla fərdi məşqul olanlar azdır. Daha çox proffesionallardır deyə çüdo və güləş tanınır. Məncə bizim uğurlarımızın çoxunun bu idman növü ilə bağlı olması da öz sözünü deyir.
- Bizim futbolçulardan kimi tanıyırsan?
- Azərbaycandan heç kimi.
- Bəs başqa ölkədən tanıdığın var?
- Bəli, türkiyəli futbolçu İbrahim Tormanla şəxsən tanışam. İstanbulda konsertlərimin birində tanış olduq. Münasibətimiz hələ də var.
- Onunla münasibətlərin necədir?
- Biz çox yaxın dostuq.
- Onu tanıya bilmisən, necə birisidi?
- İbrahim çox "şorgöz"dür. Gözündən bir qız qaçmaz (gülür).
- Bəs sənətində nə yenilik var?
- Düşünürəm ki, "Yox, yox," mahnısına klip çəkdirməyin vaxtıdır
Həmzə MƏMMƏDLİ
saytlarin hazirlanmasi