"Məqsədimiz çempionatda “Rəvan”ı keçməkdir"

18:47 - 8 Mart 2014

Aqil Məmmədov: "İkinci hissədə daha yaxşı oynadıq"

 

”İnter” bizim üçün çətin rəqibdir. Hələ ki, “İnter”ə qalib gələ bilməmişik. İki fərqli hissə oynadıq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib. Məmmədov rəqibin layiqli qələbə qazandığını vurğulayıb:

 

“İnter” layiqli qələbə qazandı, təbrik edirəm. Məqsədimiz çempionatda “Rəvan”ı keçmək və mövsümü son pillədə başa vurmamaqdır”. 

Xəbər xətti