"Bursaspor" tək qolla sevindi
Türkiyə Superliqasında 24-cü turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Doğma meydanda "Karabükspor"la qarşılaşan "Bursaspor" rəqibini tək qolla keçib - 1:0. "Qalatasaray" klubu evdə "Akhisar Bələdiyyəspor"a divan tutub - 6:1.
Qeyd edək ki, Superliqada 24-cü tura sabah axşam keçiriləcək "Trabzonspor" - "Fənərbaxça" oyunu ilə yekun vurulacaq.
8 mart
"Elazığspor" - "Kasımpaşa" 0:0
"Bursaspor" - "Karabükspor" 1:0
Qol: Fernando, 83-pen
"Erciyesspor" - "Konyaspor" 1:0
Qol: Edinyo, 56
"Qalatasaray" - "Akhisar Bələdiyyəspor" 6:1
Qollar: Droqba, 13 ,48, Telles, 18, B.Yılmaz, 55 , Mezenqa, 65-avtoqol , Sneyder, 73 - Mehmet Akyüz, 59
saytlarin hazirlanmasi