Bir-birinə tanış olmayan rəqiblər: "Araz Naxçıvan" və "Xəzər Lənkəran"
Bu həftə Azərbaycan kubokunda mübarizə davam etdiriləcək. 1/4 finala vəsiqəni 2013-cü ildə qazanan 8 komanda yarımfinala yüksəlmək üçün ilk oyunlarına çıxacaq.
Sportal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üz-üzə gələn cütlərin kubok yarışları tarixindəki oyunlarının balansı belədir.
1/4 final
12 mart (çərşənbə)
13. “İnter” – “Neftçi”
+3=4-1, top fərqi 4-8
Paytaxt təmsilçilərinin kubokdakı yolları 5-ci dəfə kəsişib. Əvvəlki 4 dueldən 3-də “İnter” və yalnız sonuncusunda “Neftçi” mərhələ adlayıb. 4 duel çərçivəsində keçirilən 8 görüşdən yarısında heç-heçə qeydə alınıb.
2004/05 1/4 final Neftçi (Bakı) - İnter (Bakı) 0:0, 0:0, pen. 3:4
2007/08 1/2 final Neftçi (Bakı) - İnter (Bakı) 2:2, 0:1
2009/10 1/4 final Neftçi (Bakı) - İnter (Bakı) 0:3, 1:2
2011/12 1/2 final İnter (Bakı) - Neftçi (Bakı) 0:0, 0:1
14. “Rəvan” – “Bakı”
+0=1-0, top fərqi 0-0
2 mövsüm əvvəl 1/8 finalda qarşılaşan rəqiblərin duelinin taleyini penaltilər seriyası həll etmişdi. Həmin vaxt “Bakı” mərhələ adlamışdı.
2011/12 1/8 final Bakı - Rəvan (Bakı) 0:0, p.3:2
15. “Qəbələ” – “Qarabağ”
+0=4-0, top fərqi 3-3
Ardıcıl 3-cü dəfə 1/4 finalda qarşılaşan əyalət təmsilçilərinin kubok oyunlarında indiyədək qalib gələn olmayıb. Baş tutan 4 oyunun hamısı heç-heçə başa çatıb. Lakin hər iki dueldə səfər qolu sayəsində “Qarabağ” mərhələ adlayıb.
2011/12 1/4 final Qəbələ - Qarabağ (Ağdam) 2:2, 0:0
2012/13 1/4 final Qəbələ - Qarabağ (Ağdam) 1:1, 0:0
16. “Araz Naxçıvan” – “Xəzər Lənkəran” indiyədək görüşməyiblər.
saytlarin hazirlanmasi