"Araz Naxçıvan" - "Xəzər Lənkəran" matçını 10 mindən artıq tamaşaçı izləyə bilər

11:22 - 12 Mart 2014

David Canalidze "Araz Naxçıvan"a kömək edə bilməyəcək   
 
Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları keçiriləcək. “Araz Naxçıvan” doğma divarlar arasında  “Xəzər Lənkəran”ı qəbul edəcək. Saat 15:00-da başlanacaq matça yerli azarkeşlər tətəfindən maraq böyükdü. "Araz Naxçıvan"ın mətbuat xidmətini rəhbəri Ceyhun Məmmədov Sportal.az-a açıqlamasında komandanın matça hazırlığından və bu qarşılaşmaya tamaşaçıların böyük maraq kəsb etdiyini deyib:
 
"Dünən hər iki komanda son məşqini etdi. "Araz Naxçıvan"da yeganə itki David Canalidzenin cəzalı durumda olmasıdı. Bundan əvvəlki oyunlarda sarı vərəqə alan gürcü futbolçu "Xəzər Lənkəran"la ilk oyunu buraxmaq məcburiyyətindədi. Naxçıvanda bu oyuna maraq böyükdü. Artıq 8 minə yaxın bilet satılıb. Hələ oyunun başlanmasına 3 saat var. Bu gedişlə qarşılaşmya 10 mkindən çıx tamaşaçı gələcəyi gözlənilir. Rəqib komandaya dəstək verəcək azarkeşlərin olub-olmayacağını deyə bilmərəm. Hələ ki lənkəranlı fanatlar Naxçıvana gəlməyib. Ola bilsin ki, burada olan lənkəranlı azarkeşlər komandalarına dəstək versinlər". 

Xəbər xətti