Mourinyo "Qalatasaray"la oyundan danışdı

01:16 - 18 Mart 2014

"Sneyder dünyanın ən yaxşı üç 10 nömrəsindən biridir"
 
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"la oyunöncəsi mətbuat konfransı təşkil edib.
 
Sportal.az xəbər vertir ki, portuqaliyalı mütəxəssis əvvəlcə İstanbulda keçirilən ilk oyunu xatırlayıb: "İlk matçın nəticəsi 1:1-dir. İlk hissədə bir, ikinsi hissədə isə digər komanda yaxşı çıxış etdi. Cavab matçı da asan keçməyəcək. Rəqibimiz sona qədər mübarizə aparacaq"
 
Mourinyo sabiq futbolçusu Droqba haqda yenə xoş sözlər söyləyib. "Qalatasaray"ın digər futbolçuları ilə maraqlanmadığını bildirib: "Təbii ki, Doqba 26 yaşındakı kimi oynamır. Ancaq onu hələ də dünyanın ən yaxşı hücumçularından biri kimi qiymətləndirirəm. Başqa bir vəzifədə olsa da, gələcəkdə onunla çalışmaq istərdim.
 Bir çox istedadlı türk futbolçu tanıyıram. Ancaq onlarla maraqlanmıram. Çünki Türkiyədə futbolçulara çox maaş verirlər. Məncə Uesli Sneyder dünyanın ən yaxşı üç 10 nömrəsindən biridir.
 
Qeyd edək ki, "Çelsi" - "Qalatasaray" matçı bu gün saat 23:45-də başlayacaq.

Xəbər xətti