"Neftçi"nin sabiq legioneri: "Biz 0:8 hesabı ilə məğlub olsaydıq..."

17:13 - 31 Oktyabr 2016

"Sloveniyada özümü yaxşı hiss edirəm. Mənim üçün hər şey yaxşıdı. "Olimpiya”da işlərim qaydasında gedir. Hiss edirəm ki, burada mənə yaxşı diqqət var. Sanki öz evimdəyəm”.

 

Sportal.az xəbər verirki, bu sözləri Futbol11.az saytına açıqlamasında "Xəzər Lənkəran” və "Neftçi”nin sabiq legioneri Julius Vobay deyib. 
 
Azərbaycanda keçirdiyi illərdən danışan Vobay ilk öncə sabiq komandası "Xəzər Lənkəran”ın dağılması haqda danışıb: "Əlbəttə, çox üzücü durumudu. İnana bilmirəm ki, "Xəzər Lənkəran” dağılıb. "Xəzər Lənkəran” Azərbaycan üçün önəmli klub idi. Lənkəran camaatı futbolla nəfəs alıb, yaşayırdı. Bu, onlar üçün böyük itkidi”. 
 
Syerre-Leone millisinin üzvü sabiq komandası "Neftçi”nin hazırkı durumu haqda fikir bildirib: "Azərbaycan çempionatını indi də izləyirəm. "Neftçi” həqiqətən də bərbad vəziyyətdədi. Bizim vaxtımızda belə məğlubiyyətləır qəbuledilməz idi. "Neftçi”yə vaxt lazımdı ki, bu vəziyyətdən çıxsın. Məncə, onlar bunun üstündə çox çalışırlar. İnanıram ki, yaxşı olacaq”. 
 
32  yaşlı hücumameyilli yarımmüdafiəçi "Neftçi”nin "Qəbələ”yə 0:8 hesablı məğlubiyyətindən də söz açıb: "İzləyirəm və görürəm ki, "Neftçi” böyükhesablı məğlubiyyətlər alır. Bu, çox pis nəticədir. Bizim vaxtımızda belə hesab ola bilməzdi. Əgər belə hesablarla məğlub olsaydıq, nələrin baş verəcəyini təsəvvür belə etməzdim”.
 
Vobay "Neftçi”yə kömək edə biləcəyini də deyib: "Əlbəttə, "Neftçi”yə kömək etmək mənim üçün çox xoş olardı. Ancaq hazırda "Olimpiya”dayam və klubda özümü çox yaxşı hiss edirəm”.

Xəbər xətti