Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" doğma azarkeşləri önündə "İnter"i qəbul edir.
Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə maraqlı anlar yaşanıb. Belə ki, qarşılaşmanı izləmək üçün "Bakcell Arena"ya təşrif buyuran "Neftçi"nin 3 futbolçusu - Vançe Şikov, Dario Melnyak və Krşevan Santini əvvəlcə stadiona buraxılmayıb. Buna səbəb polisin onları tanımaması olub. Daha sonra məsələyə aydınlıq gəlib və onlara arenaya daxil ola biliblər.
Qeyd edək ki, adıçəkilən futbolçular baş məşqçi Elxan Abdullayevin göstərişi ilə əvəzedici komandaya göndərilib.
saytlarin hazirlanmasi