Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” öz meydanında “İnter”I qəbul edir.
Sportal.az xəbər verir ki, hal-hazırda ikinci hissəsi davam edən matçda “Neftçi” azarkeşləri tribunadan maraqlı pankratlar açıblar. Klubun uğursuz oyunların bezən azarkeşlər "Tarixi kluba layiq olmayan "11-lik" və "Xəyallarımızla deyil, ürəyinizlə oynayın" adlı pankratlarla etirazlarını bildiriblər.
Qeyd edək ki, “Neftçi” hazırda turnir cədvəlində autsayderlər sırasında yer alıb. “Ağ-qaralar” tarixinin ən biabırçı məğlubiyyətini də bu mövsüm “Qəbələ”dən alıb – 0:8.
saytlarin hazirlanmasi