"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, söhbət Dario Melnyakdan gedir. Bu barədə məlumatı saytımıza bakılıların icraçı direktoru Orxan Hüseynzadə verib. Klub rəsmisinin sözlərinə görə, futbolçu artıq komandadan göndərilib. Futbolçu ilə razılığa əsasən, ona yanvar ayına qədər olan maaşı ödəniləcək.
Qeyd edək ki, Melnyak icarə əsasında "Neftçi"də çıxış edirdi. O, müqavilə ilə Belçikanın "Lokeren" klubuna məxsusdu.