"Neftçi”nin futbolçusu Vançe Şikov ölkəsinə yollanıb.
Sportal.az xəbər verir ki, buna futbolçunun növbəti dəfə Makedoniya millisinə dəvət alması səbəb olub. Baş məşqçi İqor Angelovskinin milliyə dəvət ediyi futbolçuların arasında Şikovun da adı var.
Qeyd edək ki, Makedoniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu İspaniya yığmasına qarşı keçirəcək.
Maraq üçün bildirək ki, Şikov "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev tərəfindən əvəzedici komandaya göndərilib.
saytlarin hazirlanmasi