"Neftçi”nin zədəli futbolçusu Elşən Abdullayevin vəziyyətinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ağır zədədən sonra müalicəsini davam etdirən yarımmüdafiəçi noyabrın 24-də fərdi məşqlərə başlayacaq.
Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ ki, dəqiqləşməyib.
”Neftçi”nin digər oyunçusu Jonas Pessalli isə "Sumqayıt”la oyunda sağ pəncəsindən zədələnib. Futbolçunun iki həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
saytlarin hazirlanmasi