"Hər iki komandaya 3 xal lazım idi. Meydanda əzmkar oyun gördük. Futbolda öz şansından istifadə edə etməlisən. Biz bu gün şanslarımızdan yararlanmadıq. Ona görə də uduzduq”.
Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 13-cü turunda "Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonda deyib.
Daha sonra Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
- Mövsümü artıq "Neftçi” üçün bitmiş saymaq olar?
- Belə deməzdim. Qarşıda hələ 15 oyun var. Maksimum xallar yığsaq, nəyə ümid etmək olar. Medallar üçün şansımız azalır.
- Oyundan başqa bu gün sizi komandanızda nə qane etmədi?
- Müdafiədə pis oynadıq. 29 qol buraxmışıq. Hər oyunda qapımızda minimum 2 qol görürük. Müdafiədə ciddi problemlərimiz var.
- Bəlkə komandanı bu vəziyyətdən çıxarmaq üçün psixoloqa müraciət edəsiniz?
- Yaxşı fikirdi. Amma dövrənin sonuna az qalıb. Komandamızda psixoloji amil böyük rol oynamır. Əsas məsələ ustalıqdı.
- Amma ustalığı olanlar da seçilmirlər...
- Gözləmək lazımdır. Uduzmaq mənim də xoşuma gəlmir. Bu komanda ilə nəsə etmək çox çətindir. Heyətimizi gücləndirməliyik.
saytlarin hazirlanmasi