Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçı Gəncə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların müdafiəçisi Mahir Şükürov məğlubiyyəti şərh edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Amma meydançanın durumu oyunumuzu qurmağımıza imkan vermədi. Rəqib əlinə düşən imkanlardan istifadə etdi, biz istifadə edə bilmədik. "Neftçi" tarixində bu vəziyyətdə olmayıb. Bu qədər qol buraxdığımızı xatırlamıram. AZAL-la ev oyunumuz qalıb. Bu oyunda qələbə qazanıb, fasiləyə ümidlə yollanmaq istəyirik. Fasilədə komanda güclənməsə, yeni oyunçular cəlb olunmasa, bu vəziyyət düzələn deyil”.
saytlarin hazirlanmasi