“Neftçi” Azərbaycan Premyer Liqanın 13-cü turunun “Kəpəz”ə qarşı Gəncədə keçirilən oyununda klubun nümayəndələrinin tribunadan qovulması ilə bağlı bəyanat yayıb.
Sportal.az xəbər verir ki, sənəddə Gəncə klubu çempionatın əsasnaməsinin şərtlərini pozmaqda günahlandırılıb.
İşin ən maraqlı tərəfi isə hələ oyundan bir neçə gün öncə, noyabrın 24-də “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə imzası ilə “Kəpəz”ə edilən müraciət olub. Bu müraciətdə Gəncə klubundan komandanın məşqi üçün şərait yaradılması, klub rəsmilərinə “Sky box” və VİP sektorlarda yer ayrılması xahiş edilib. Qəribədir ki, bütün bu müraciətlər hələ bu ilin sentyabrında “Kəpəz”dən uzaqlaşdırılan icraçı direktor Mehman Allahverdiyevin adına ünvanlanıb. "Kəpəz" "Neftçi"nin bu müraciətinə cavab verir. Amma təbii ki, Mehman Allahverdiyev deyil, klubun hazırkı icraçı direktoru Cabir İbrahimov səviyyəsində. Təəccüblüdür ki, hətta bundan sonra da klubda "Kəpəz"in icraçı direktorunun Mehman Allahverdiyev olmadığı kimsənin ağlına gəlmir.
saytlarin hazirlanmasi