Qazaxıstanın “Okjetpes” klubunun məşqində maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan klubun qolkiperi Saşa Stamenkoviç məşqə öz klubunun yox, sabiq komandası “Neftçi”nin forması ilə çıxıb.
Onun bu hərəkətini yerli media yaxşı qarşılamayıb. Saşanı buna görə tənqid ediblər.
32 yaşlı serbiyalı qapıçı 2011/15-ci illərdə “Neftçi”də forma geyinib, Azərbaycan çempionu, ölkə kubokunun qalibi olub, Avropa Liqasının qrup mərhələsində iştirak edib. “Okjetpes”də Saşa Stamenkoviçlə “Neftçi”də birgə oynamış Samir Məsimov da var.
saytlarin hazirlanmasi