"Neftçi"nin Paraqvay millisinin sabiq üzvü Ramon Kardosoya təklif göndərdiyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, forvard baxışdan keçmək üçün "Neftçi"nin Antalyadakı təlim-məşq toplanışına qatılıb. 30 yaşlı futbolçu məşqçilər korpusunu razı sala bilsə, "ağ-qaralar"la müqavilə bağlayacaq.
Qeyd edək ki, Kardosonun son iş yeri ölkəsinin "Deportivo Kapiata" klubu olub. 30 yaşlı hücumçu vaxtı ilə Portuqaliyanın "Panafiel", "Nasional", "Vitoria Setubal" və "Moreyrense" klublarında forma geyinib.