Qazaxıstanın "Atırau" klubunun yeni transferi Uça Lobjanidze açıqlama verib..
Sportal.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi "Atırau"ya keçməmişdən əvəl Azərbaycandan təklif aldığını bildirib:
"Atırau"ya keçməmişdən əvvəl "Neftçi"dən və digər bir Azərbaycan klubundan təklif almışdım. Bundan əlavə, Türkiyədən də təkliflər var idi. Ancaq mən Qazaxıstan variantını seçdim".
Qeyd edək ki, 2008-ci ildən Gürcüstan millisinə çağırılan Lobjanidze "Dinamo" (Tbilisi), "Zestafoni", "Dnepr", "Krivbass" və "Omoniya" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi