Hamza Hamzaoğlunun yeni klubu müəyyənləşdi

17:57 - 22 Mart 2017

Türkiyənin "Osmanlıspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Ankara təmsilçisini bundan sonra Hamza Hamzaoğlu çalışdıracaq. 47 yaşlı mütəxəssis ilə 1,5 illik müqavilə imzalanacaq. O, bu postda bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Reşit Akçayı əvəz edəcək.

 

Qeyd edək ki, məşqçilik karyerası ərzində "Akhisar Bələdiyəspor", "Qalatasaray" kimi klubları çalışdıran Hamzaoğlunun son iş yeri "Bursaspor" olub.

Xəbər xətti