"Qalatasaray"da şok itki

18:43 - 28 Mart 2017

"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın aparıcı futbolçularından olan Armindo Bruma sıradan çıxıb. Gənc yarımmüdafiəçi Portuqaliyanın U-21 milli komandasının düşərgəsində zədələnib.

 

Klubun rəsmi saytından verilən açıqlamada bildirilir ki, ulduz futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Onun Super Liqada "Adanaspor" və "Başakşekir"lə matçlarda oynamayacağı dəqiqdi. 21 yaşlı futbolçusunun 23-cü turda "Fənərbaxça" ilə derbiyə kimi hazır olacağı gözlənilir.

Xəbər xətti