Millimizi darmadağın edən yığmanın baş məşqçisi oyundan razı qalmadı

10:28 - 29 Mart 2017

“Futbolçuların özünə güvəninin artması üçün bu hesab sevindirici və ümid vericidir”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Türkiyənin 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Abdullah Ercana məxsusdur.

 

Türkiyə millisi bu gün Azərbaycandan olan həmyaşıdları ilə “Kasımapaşa”nın stadionunda keçirdiyi yoxlama oyununda böyükhesablı qələbə qazanıb – 4:0.

 

Matçdan sonra mətbuat konfransı keçirən Ercan fikirlərini bildirib. Mütəxəssis darmadağına sevinsələr də, komandasının oyunundan razı qalmadığını deyib: “İkinci hissədə hesab daha fərqli ola bilərdi. İlk yarıda oyunu “oxuduq”, rəqibin pressinq edəcəyini və boşluqları dolduracağını bilirdik. İkinci hissədə isə dəyişikliklər etdik və oyunu öz əlimizə aldıq. Hesab sevindiricidi, amma belə oynamaq olmaz, daha da mükəmmələşməliyik”.

 

Ercan Türkiyənin əsas millisində çıxış edən, daha öncə 21 yaşlılardan ibarət komandada forma geyinən futbolçulardan da danışıb: “Əsas millimiz dünən Moldovanı məğlub etdi. Dünən meydanda olan futbolçulardan çoxu 6-7 ay öncə bizim komandamızda forma geyinirdi. Bu bizim üçün sevindirici haldır, qürurlanırıq. Eyni zamanda, baş məşqçimiz Fatih Terimə həmin oyunçulara şans verdiyinə görə təşəkkür etməliyik”.

Xəbər xətti